Rusiyada qətl törədərək Azərbaycana gələn şəxsin məhkəməsi keçirilib

Rusiyada qətl törədərək Azərbaycana gələn şəxsin məhkəməsi keçirilib
# 27 dekabr 2013 15:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətl törədən Rəşad Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə yanvarın 10-na təyin edilib.

Qeyd edək ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rəşad Qəmbərov fevralın 1-də könüllü olaraq Sumqayıt şəhər Polis İdarəsinə gələrək təslim olub. Araşdırmalar zamanı onun Rusiya vətəndaşını qətlə yetirdiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR