Çempionlar Liqasında mərhələ adlayan ilk 5 komanda müəyyənləşib

Çempionlar Liqasında mərhələ adlayan ilk 5 komanda müəyyənləşib
# 06 dekabr 2013 15:38 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasından Çempionlar Liqasının qrup mərhələsinin IV turunun görüşlərindən sonra mərhələ adlayan 5 komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, sona 2 tur qalmış 3 ölkənin təmsilçisi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.


Belə ki, A qrupunda hər şeyə aydınlıq gəlib. “Rabitə” “Dresdner”i, “Omiçka” (Rusiya) “Beziers”i (Fransa) 3:0 hesabı ilə məğlub etdiyindən artıq pley-offdadırlar. Bu komandalar yalnız öz aralarına qrup birincisini müəyyənləşdirəcəklər.

C qrupunda Türkiyənin “Vakıfbank” klubu da artıq növbəti mərhələyə keçib. Çempionlar Liqasının son qalibi Polşa “Atom”una 3:0 hesabı ilə qalib gəlməklə, ilk 2 pillədən birini təmin edib.

Digər xoşbəxt də İstanbul təmsilçisidir. D qrupunda mübarizə aparan “Əczaçıbaşı” “Kann”la (Fransa) görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb. Bu isə onların qrupdan çıxmaları üçün kifayət edib.

5-ci pley-offçu Kazan “Dinamo”sudur. Rusiya klubu “Stiinta”nı (Rumıniya) “quru hesab”la məğlub edərək, 100 faizli nəticə ilə bunu rəsmiləşdirib.

Qeyd edək ki, digər 7 komanda növbəti 2 turda müəyyənləşəcək. Əgər “Dördlər finalı”na ev sahibliyi edəcək klub vəsiqə qazananlardan olarsa, ən yaxşı 3-cü yer də onlara qoşulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR