Sergey Lavrov: “Suriya münaqişəsinin tənzimlənməsinə dair hər hansı üçtərəfli plan yoxdur” - FOTO

Sergey Lavrov: “Suriya münaqişəsinin tənzimlənməsinə dair hər hansı üçtərəfli plan yoxdur” - <span style="color: red;">FOTO
# 16 yanvar 2014 09:21 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya, Suriya və İranın Suriya münaqişəsinin tənzimlənməsinə dair hər hansı üçtərəfli planı yoxdur.

APA - nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün biz İran xarici işlər naziri ilə danışıqlar aparırıq, sabah isə Suriya xarici işlər naziri Valid Müallimlə danışıqlar olacaq. Bu o demək deyil ki, ortada hansısa üçtərəfli layihə var”, - deyə Rusiya XİN başçısı bildirib.

S. Lavrov Rusiya prezidenti Vladimir Putinin də bu gün İran XİN başçısı Cavad Zərifi qəbul edəcəyini bildirib.

İran XİN başçısı Cavad Zərif isə deyib ki, BMT baş katibi İrana dəvət göndərmək barədə qərar qəbul etsə, rəsmi Tehran Suriya münaqişəsinin tənzimlənməsinə dair “Cenevrə-2” konfransında iştirak edəcək: “Əgər dəvət etməsələr, o zaman iştirak etməyəcəyik”.

Qeyd edək ki, “Cenevrə-2” konfransı yanvarın 22-də İsveçrənin Montre şəhərində keçirləcək. İranın bu konfransda iştirak məsələsi hələ də sual altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR