Bakıda və Göygöldə yanğın olub

Bakıda və Göygöldə yanğın olub
# 20 dekabr 2013 02:41 (UTC +04:00)

Bakı-APA. Ötən gün respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisələrindən biri Bakının Sabunçu rayonunda üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzildə baş verib. Nəticədə, mənzilin mətbəxi 1 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Göygöl rayonu, Üçtəpə kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR