Fransada məhbus həbsxana rəisini girov götürüb

Fransada məhbus həbsxana rəisini girov götürüb
# 07 yanvar 2014 22:28 (UTC +04:00)

Bakı-APA. Fransada məhbus penitensiar müəssisənin rəhbəri vəzifəsində çalışan qadını girov götürüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ötən gün ölkənin cənubundakı Baumettes həbsxanasında 20.10 radələrində baş verib. 35 yaşlı məhbusun hansı tələblər irəli sürdüyü barədə məlumat verilmir.

Son məlumata görə, məhbus həbsxana rəisini bir müddət girov saxladıqdan sonra polisə təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR