Vergilər Nazirliyi elektron xidmətlərinin sayını artırır

Vergilər Nazirliyi elektron xidmətlərinin sayını artırır
# 19 iyun 2014 11:00 (UTC +04:00)

Bakı – APA-Economics. Vergilər Nazirliyi “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” e-xidmətini “Elektron hökumət” portalına inteqrasiya edib. Bu barədə “APA-Economic”ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bu xidmət vergi ödəyicilərinə sözügedən arayışı elektron formada tərtib edərək elektron qaydada təqdim etməyə imkan yaradacaq.

İnteraktiv növlü elektron xidmətin istifadəçiləri vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış şəxslərdir. Xidmət ödənişsiz həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR