Martin Şults yenidən Avropa Parlamentinin sədri seçilib

Martin Şults yenidən Avropa Parlamentinin sədri seçilib
# 01 iyul 2014 13:48 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Avropa Parlamentinin prezidenti vəzifəsinə seçki keçirilib. APA-nın məlumatına görə, AP-nin hazırkı rəhbəri, 58 yaşlı Almaniya təmsilçisi Martin Şults yenidən bu vəzifəyə seçilib. O, 409 səs toplayıb.

M. Şults Avropa Parlamenti tarixində birinci prezidentdir ki, ikinci dəfə bu vəzifəyə seçilir. Onun növbəti prezidentlik müddəti 2017-ci ilin yanvarınadək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR