Neftin nəqli prosesinin tullantılarının ətraf mühitə təsiri minimuma endiriləcək

Neftin nəqli prosesinin tullantılarının ətraf mühitə təsiri minimuma endiriləcək
# 28 dekabr 2013 07:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutu neft sənayesi tullantılarının yenidən istifadəsi və zərərsizləşdirilməsi istiqamətində tədqiqatlar aparıb. Radiasiya Problemləri İnstitutundan APA-ya verilən xəbərə görə, 60 min manat dəyərində olan layihənin rəhbəri “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor İslam Mustafayevdir. 2012-2013-cü illəri əhatə edən “BTC neft kəmərləri obyektlərində ekoloji inventarlaşdırma və ətraf mühitin monitorinqi” adlı layihədə məqsəd neftin nəqli prosesinin tullantılarının ətraf mühitə təsirini minimuma endirməkdir.


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Bakı, Hacıqabul, Kürdəmir Yevlax, Şəmkir, Ağstafa və s. şəhər və rayonlarda 80 günlük ekspedisiyalar təşkil olunub. Torpaq, su, hava və neft borularındakı tullantılardan götürülən nümunələrin analizi əsasında müəyyən nəticələr əldə edilib. Hazırda elmi cəhətdən əsaslandırılmış tövsiyələr hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR