Vokalçı Ramil Qasımov Qara Qarayevin 96 illiyi ilə bağlı konsert proqramı ilə çıxış edib - FOTO

Vokalçı Ramil Qasımov Qara Qarayevin 96 illiyi ilə bağlı konsert proqramı ilə çıxış edib - <span style="color: red;">FOTO
# 07 fevral 2014 16:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Vokalçı Ramil Qasımov Qara Qarayevin 96 illiyi ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) konsert proqramı ilə çıxış edib.

İttifaqdan APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən musiqişünas Lalə Hüseynova bəstəkarın həyat və yaradıcılığından danışıb. ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə müəllimi Q. Qarayevlə bağlı xatirələrindən söz açıb.

Ramil Qasımov qeyd edib ki, bundan sonra da belə tədbirlərin keçirilməsi illik layihələr çərçivəsində həyata keçiriləcək.

Tədbirdə bəstəkarın “Xəzər Neftçiləri” və başqa mahnıları AzTv-nin Cahangir Cahangirov adına Xorunun ifasında təqdim olunub, xalq artisti Ramiz Quliyev Q. Qarayevin yaradıcılığından əsərlər ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR