DÇ-2014-ə son vəsiqənin sahibi bəlli olub

DÇ-2014-ə son vəsiqənin sahibi bəlli olub
# 21 noyabr 2013 02:40 (UTC +04:00)

Bakı-APA. Gələn il Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda keçirilən pley-off oyunlarına yekun vurulub. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, son, yəni 32-ci bəxtəvər komanda Uruqvay yığması olub.


Səfərdəki ilk oyunda İordaniyanı 5:0 hesabı ilə məğlub edərək yolu yarılayan cənubi amerikalılar bu dəfə də sərfəli nəticə qazanmağa müvəffəq olub. Oskar Tabarezin yetirmələri doğma azarkeşləri qarşısında meydandan qolsuz bərabərliklə ayrılsalar da, ilk matçdakı qələbəyə görə, DÇ-2014-də vəsiqə qazanan iştirakçılar arasında yer alıb.

Uruqvay – İordaniya 0:0
(ilk oyun – 5:0)

Avropa: İspaniya, İtaliya, Almaniya, İngiltərə, Hollandiya, Belçika, Rusiya, İsveçrə, Bosniya və Herseqovina, Portuqaliya, Fransa, Xorvatiya, Yunanıstan;

Asiya: Cənubi Koreya, Yaponiya, Avstraliya, İran;

Cənubi Amerika: Braziliya, Argentina, Çili, Kolumbiya, Ekvador, Uruqvay;

Şimali Amerika: ABŞ, Kosta-Rika, Honduras, Meksika;

Afrika: Fil Dişi Sahili, Kamerun, Nigeriya, Qana, Əlcəzair.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR