Merkelin telefon danışıqlarının dinlənilməsi ilə əlaqədar ABŞ-ın Almaniyadakı səfiri bu ölkənin xarici işlər naziri ilə görüşə çağırılıb

Merkelin telefon danışıqlarının dinlənilməsi ilə əlaqədar ABŞ-ın Almaniyadakı səfiri bu ölkənin xarici işlər naziri ilə görüşə çağırılıb
# 24 oktyabr 2013 11:05 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Berlindəki səfiri Almaniya federal kansleri Angela Merkelin telefon danışıqlarının ABŞ kəşfiyyatı tərəfindən dinlənildiyi ilə bağlı yaranmış qalmaqalla bağlı Almaniya XİN-ə çağırılıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Almaniya XİN-dən bildirilib ki, səfir nazir Gido Vestervelle ilə görüşə dəvət olunub və ona Almaniya hökumətinin mövqeyi dəqiq çatdırılacaq.

Qeyd edək ki, Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert ABŞ xüsusi xidmət orqanlarının A. Merkelin mobil telefonunu dinlədiyi barədə informasiya əldə olunduğunu açıqlayıb. Almaniya dərhal bununla əlaqədar ABŞ-a sorğu göndərib və izahat tələb edib. A. Merkel şəxsən ABŞ prezidenti Baraka Obamaya telefon edərək belə halların yolverilməz olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR