Ədliyyə naziri Bərdədə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Bərdədə vətəndaşları qəbul edəcək
# 20 may 2014 13:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən mayın 23-də Bərdədə vətəndaşların qəbulu keçiriləcək.

Nazirliyin mətbuat xidmətin APA-ya verilən məlumata görə, qəbulda Bərdə, Ağdam və Ağcabədi rayonlarında yaşayan vətəndaşların, habelə Xankəndi və Laçından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Bərdə regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyi vasitəsilə qəbula yazıla bilərlər.

Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına müraciət etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR