İraqda blokposta hücum nəticəsində 7 polis həlak olub

İraqda blokposta hücum nəticəsində 7 polis həlak olub
# 07 yanvar 2014 23:47 (UTC +04:00)

Bakı-APA. Ötən gün İraqda silahlılar polis blokpostuna hücum ediblər, nəticədə 7 asayiş keşikçisi həlak olub. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident Səlahəddin əyalətində magistral yolda baş verib.

Qeyd edək ki, son günlər Suriyada silahlı müxalifət və radikal islamçılar arasında qızğın döyüşlər baş verib. Suriyanın şimal-qərbində müxalifət qruplaşmaları ilə toqquşmalar nəticəsində “İraq və Levanta islam dövləti” adlı radikal dini qruplaşmanın 34 üzvü ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR