“Şəki-Zaqatala Regional İnkişaf Modeli” layihəsinin təqdimatı keçirilib

“Şəki-Zaqatala Regional İnkişaf Modeli” layihəsinin təqdimatı keçirilib
# 23 aprel 2014 14:08 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “World Vision International” humanitar təşkilatının həyata keçirəcəyi “Şəki-Zaqatala Regional İnkişaf Modeli” layihəsinin təqdimatı baş tutub.

APA-Economics”in xəbərinə görə, tədbirdə millət vəkilləri Əli Məsimli və Kəmalə Əliyeva, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Federiko Berna, UNİCEF, UNDP, USAİD nümayəndələri iştirak edib.

“World Vision İnternational” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin proqram direktoru Giorgi Devidze bildirib ki, modelin məqsədi Azərbaycanın bütün regionlarında tarazlı və davamlı iqtisadi inkişafa şərait yaratmaqla regional sosial-iqtisadi inkişaf fərqlərinin azaldılması və iqtisadiyyatın diversifikasiyasına kömək etməkdir. Bu model kənd icma qruplarının və fərdlərin qida istehsalında texniki biliklərinin genişlənməsinə, biznes və şəbəkələnmə bacarıqların artmasına, sahibkarlığın inkişafına töhfə verəcək.

Ümumi dəyəri 530,312 min. avro təşkil edən layihə 30 ay davam edəcək.

Layihə 4 hədəf qrupun əhatə edir: yerli kənd təsərrüfatı mütəxəssisləri, kiçik fermerlər, faktiki və potensial sahibkarlar (gənclər və qadınlar) və yerli hakimiyyət orqanları.

Layihənin əsas fəaliyyəti regiondakı fermerlərin istehsal zamanı yeni texnologiyalardan istifadəsi, bazarların əvvəlcədən öyrənilməsi üçün təlimlərin təşkili, daha bir komponenti isə Şəki-Zaqatala regionunda yaşayan və xırda sahibkarlıqla məşğul olmaq istəyən gənclərə və qadınlara təlimlərin keçirilməsi və kiçik qrantların (mini-qrantların) verilməsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR