Azərbaycan Almaniyadan yeni taxılyığan kombaynlar alır

Azərbaycan Almaniyadan yeni taxılyığan kombaynlar alır
# 22 yanvar 2014 13:13 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu il Azərbaycana 100-dən artıq yeni taxılyığan kombayn gətiriləcək. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi Almaniya istehsalı «Klass» modeli olan kombaynların alınmasına dair müqavilə imzalayıb. Bunu «APA-Economics»ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

Onun sözlərinə görə, kombaynlar dövlət başçısının kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara olan əlavə ehtiyacını təmin etmək üçün ayırdığı 10 mln. manat hesabına alınıb.

O, əlavə edib ki, taxılyığan kombaynlar biçin vaxtına qədər ölkəyə gətiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR