Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, qar yağacaq, yollar buz bağlayacaq

Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, qar yağacaq, yollar buz bağlayacaq
# 05 fevral 2014 09:16 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Fevralın 6-də Azərbaycanın rayonlarında da gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 3-8 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-19 dərəcə şaxta, 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR