Milli komandamızın Avropa çempionatında rəqibləri müəyyənləşib

Milli komandamızın Avropa çempionatında rəqibləri müəyyənləşib
# 28 noyabr 2013 09:31 (UTC +04:00)

Bakı – APA. Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2014/15 mövsümünün seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.

Püşkün nəticələrinə əsasən yığmamız X qrupa düşüb. Komandamız burada Belçika, İsveçrə, Bosniya və Herseqovina ilə mübarizə aparacaq. Oyunların harada keçiriləcəyi isə hələ dəqiqləşməyib.

Ümumilikdə isə 52 komanda 13 qrupa bölünüb. Hər qrupdan ilk 2 yeri tutanlar, həmçinin ən yaxşı nəticəyə malik 3-cü yer sahibi elit-raunda yüksələcək.

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2014-cü ilin payızında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR