Bu il Azərbaycanda ilk dəfə olaraq qəbul imtahanında iştirak edən oğlanların sayı qızlarla müqayisədə çox olub

Bu il Azərbaycanda ilk dəfə olaraq qəbul imtahanında iştirak edən oğlanların sayı qızlarla müqayisədə çox olub
# 27 sentyabr 2013 11:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, 1993-cü ildə keçirilən imtahanlarda 17 min oğlan, 33 min qız iştirak edirdisə, bu ilki qəbul imtahanlarında 51700 oğlan, 48992 qız abituriyent iştirak edib.

M. Abbaszadənin sözlərinə görə, ali məktəblərə qəbul olunanların gender tərkibini müqayisə etdikdə məlum olur ki, onların 16465 nəfərini oğlanlar, 17411 nəfərini isə qız təşkil edir: “İmtahanda iştirak edən qızların sayının az olmasına baxmayaraq, onlar imtahanda daha yüksək nəticələr göstəriblər. Bu il ilk dəfə idi ki, 500-700 bal arasında nəticə göstərən abituriyentlər arasında oğlanların payı 4,64 faiz, qızların payı isə 6,51 faiz olub. Yəqin ki, biz artıq oğlanların intellektual səviyyəsini qorumaq şüarını səsləndirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR