Sərnişin sıxlığı ilə əlaqədar dəmiryolu qatarlarına əlavə vaqonlar qoşulur

Sərnişin sıxlığı ilə əlaqədar dəmiryolu qatarlarına əlavə vaqonlar qoşulur
# 31 yanvar 2014 09:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan ərazisində havanın kəskin soyuması və qarın yağması ilə əlaqədar sərnişinlər rahat və ucuz nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. Bunu «APA-Economics»ə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, təşkilatın Sərnişin daşımaları Departamenti sərnişin axınını nəzərə alaraq, sərnişin qatarlarına əlavə vaqonların qoşulmasını təmin edir.

«Ölkənin qərb istiqamətinə hərəkət edən sərnişin qatarlarına bu gün əlavə 8 vaqon qoşulacaq. Digər sərnişin qatarlarına da tələbat olacağı təqdirdə əlavə vaqonların qoşulması təmin ediləcək», - deyə N.Əzməmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR