Şəmkirdə iki yol-nəqliyyat qəzasında 3 nəfər ağır yaralanıb - VİDEO

 Şəmkirdə iki yol-nəqliyyat qəzasında 3 nəfər ağır yaralanıb - <span style="color: red;">VİDEO
# 14 noyabr 2013 12:49 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Ötən gecə Şəmkirdə ağır tonnajlı yük maşını 2 piyadanı vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 376 kilometrliyində, rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb.

Türkiyənin Samsun şəhər sakini 43 yaşlı Ömər Köksal “DAF” markalı yük maşını ilə paytaxt istiqamətdə hərəkətdə olarkən rayonun Çənlibel kənd sakinləri, İmamzadə ziyarətgahına Aşura mərasiminə gedən 23 yaşlı Elşən Heydərov və Yunis Əmiraslanovu vurub. Nəticədə piyadalardan Elşən Heydərov ağır bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Başqa bir qəza isə ötən gecə saat 22 radələrində, Bakı-Qazax magistral yolun 404-cü kilometrliyində, Zəyəm qəsəbəsi ərazisində baş verib. Düyərli kənd sakini, 50 yaşlı Mahmud Məsimovun idarə etdiyi traktorla Gəncə şəhərində yaşayan Vaqif Abdullayevin idarə etdiyi “QAZ 24” markalı avtomobil toqquşub. Qəza zamanı sürücü Vaqif Abdullayev və avtomobildə olan sərnişin 16 yaşlı Eldəniz Abdullayev ağır bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti ağır olduğundan onlar Gəncədəki Təcili Tibbi yardım xəstəxanasına aparılıblar. Xəstəxanada verilən məlumata görə, yaralıların vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR