“Misir: Ayağa qalxmaq vaxtıdır!” - Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili APA-ya yazır

“Misir: Ayağa qalxmaq vaxtıdır!” - <span style="color: red;">Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili APA-ya yazır
# 11 dekabr 2013 13:05 (UTC +04:00)

APA H.Cəlalın məqaləsini oxuculara təqdim edir.

Misirlilər yenə də bunu etdilər! Həqiqətən misirlilər öz gələcəkləri naminə bütün var güclərini dönməz inamları ilə küçələrə və meydanlara axışaraq nümayiş etdirdilər. Baxmayaraq ki, Misirin sabiq prezidenti demokratik şəkildə seçilib, o sübut etdi ki, öz qrupuna, yəni 25 yanvar 2011-ci il inqilabının mənimsənilməsində uğurlar qazanan “Müsəlman Qardaşları”na məxsus prezidentdir. Aşağıdakı faktlar bunu təsdiq edir:

- Heç kəs Mübarək rejimini sıxışdıran, geniş şəkildə inqilab edən, kobud şəkildə insanların hüquqlarını pozan daxili işlər nazirinin istefasını tələb edən misirli gənclərin nümayişlərini gözləmirdi.

- Yaxşı təşkil olunmuş siyasi qrup kimi fəaliyyət göstərən “Müsəlman Qardaşları” belə kütləvi nümayişlərə qoşulmaqdan çəkindilər, lakin tezliklə kütlələrin davamlı olduqlarının sübutuna vardıqları zaman təşkilatlarının maraqları və ambisiyaları naminə həmin kütlələrə qatılmaq qərarına gəldilər.

- “Müsəlman Qardaşları” Konstitusiya bəyannaməsini və vaxtsız parlament seçkilərini irəli sürərək öz maraqları naminə ilk keçid dövrünə qədəm qoyduqdan sonra parlamentdə yerlərin 43%-ni əldə etdilər.

- “Müsəlman Qardaşları” tez-tez qeyd edirdilər ki, onlar prezidentliyə namizədliyi irəli sürməyəcəklər, lakin onların hərəkətləri ilə danışıqları üst-üstə düşmədi. “Müsəlman Qardaşları”ndan olan Məhəmməd Mursi ikinci namizəd olaraq prezidentliyə öz namizədliyini irəli sürdü. Onu da qeyd etmək lazımdır ki, bundan əvvəl “Müsəlman Qardaşları”nın güclü namizədi Xayrat əl-Şatir öz namizədliyini irəli sürüb və onun əvvəllər cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar namizədliyinə etiraz olunub. M.Mursi köhnə rejimin namizədi general Əhməd Şəfikin qazanmış olduğu 48,27% səsə qarşı 51,73% səs qazanıb. Araşdırmalar nəticəsində seçkilərdə ciddi qayda pozuntuları aşkar edildi.

Şübhəsiz ki, bəzi faktlara yetəri qədər diqqət yetirmədən seçki qutusunun Mursini zirvəyə qaldıracağı heç kəsin ağlına belə gəlməzdi. Mursinin arxasında nəhəng və sirli maliyyə mənbəyi dayanmasına baxmayaraq, o, ilk mərhələdə 24,78% səs topladı.

Əslində Mursinin topladığı az miqdarda olan səs faizi belə seçicilərin onun platformasına, etibarına, qüdrət və bacarığına görə deyil, sabiq quruluşun namizədinə olan etirazlarının nəticəsi idi.

Yeni seçilmiş prezident uzun-uzadı, qəribə və rabitəsiz nitqi ilə, hakimiyyətə xas olan məsələlərə sanki açar axtararaq həll etməyi müşkül işə çevirən və xalqı saatlarla öz nitqinə diqqət yetirmək naminə saxlamasına görə misirliləri təəccübləndirirdi.

M.Mursi demokratik şəkildə idarəçiliyi həyata keçirə bilmədiyinə görə özünə xas olan görülməmiş, bulanıq şəkildə öz funksiyasını icra edirdi. Belə ki, o, dövlətin köhnə bürokratik müəssisələrini, xüsusilə məhkəmə strukturunu, polisləri, müqəddəs Əl-Əzhar qurumunu, mətbuatı darmadağın vəziyyətə saldı. Buna əlavə olaraq dövlətin vacib postlarına “Müsəlman Qardaşları” və onların İslam tərəfdaşlarından olan təcrübəsiz namizədləri təyin edirdi. O, cəmiyyətdə mədəniyyətə zidd olan, terror aktlarına görə məsuliyyət daşıyan cihadistləri dünyada ən böyük açıq muzeylərdən biri olan turizm şəhəri Luksorun idarəçiliyinə təyin etdi.

Misir xalqının ümidləri M.Mursinin hakimiyyətə gəlişi ilə tam puç olmağa doğru gedirdi. Xüsusilə icraedici və qanunverici hakimiyyəti ələ aldıqdan sonra o, qanuna zidd olan qərarlar qəbul etməyə başladı. Xüsusi bir layihə tətbiq etməklə 3000 veteranı təqaüd almaqdan məhrum etdi.

M.Mursinin fəaliyyəti dövründə Şimali Sinay yarımadası terrorist mərkəzinə çevrildi. Bir çox terrorçular və cihadistlər bağışlanır, terror aktına mənsub olan elementlər misirlilərin qiymətli torpağı sayılan Sinay yarımadasında gizlədilir və bütün bunlar gələcəkdə terror aktı üçün istifadə ediləcək mənbə kimi hazırlanırdı. Misirlilərin gündəlik ehtiyac duyduqları xərclərin “Həmas” ilə Qəzza arasında olan tunellərin tikilişinə sərf edildiyini də xatırlamaq gərəkdir.

Açıqlanmış sirdir ki, M.Mursi misirlilərin prezidenti deyildi, o, prezidentlikdə “Müsəlman Qardaşları”nın tək nümayəndəsi idi. O, özünü yalnız öz maraqlarını reallaşdırmağa həsr edir, misirlilərin özəl maraqlarına göz yumurdu, bu da öz növbəsində xalqın ümidlərini puç edən və sarsıdan bir ab-havaya zəmin yaradırdı. Misirlilər aşkar edirdilər ki, “Müsəlman Qardaşları”nın ideologiyasında suveren anlayış mövcud deyil.

Yuxarıdakı səbəblərə nəzər salıb qeyd etmək lazımdır ki, ardı-arası kəsilməyən inqilab əhval-ruhiyyəsi 30 milyon misirlini küçələrə çıxardı. Onlar “İrhal” və ya “Uzaqlaş” sözlərini təkrar edərək üsyan qaldırdılar. Misirin xalqa məxsus olan ordusu seçim etmədən 25 yanvarda olduğu kimi, öz xalqının tərəfini tutdu. Bu, çox az ölkələrin etdiyi və ikinci kütləvi inqilab kimi tanınan bir çevriliş idi. Məhz bu inqilabın Misirin adi vətəndaşları tərəfindən baş verdiyi aşkarlığa çıxmışdı və vətənpərvər Misir Ordusu tərəfindən dəstəklənirdi.

Müvəqqəti hakimiyyət dövlətin siyasi stabilliyi və iqtisadi inkişafı naminə parlament və prezident seçkilərini keçirmək və Konstitusiya islahatlarını qəbul etmək üçün 9 aylıq açıq yol xəritəsini tərtib etdi.

Nəhayət, “Müsəlman Qardaşları” və onların müttəfiqləri hadisələrə obyektiv və kamil nəzər salmaq əvəzinə, xalqın istəyini kobud şəkildə rədd edir, ordu və polis heyətlərini hədəf seçərək ölümcül terror aktları törədir, Misirin bir neçə universiterində qarışıqlıq yaradır və təriqətçiliyi təbliğ edərək xaos vəziyyətini əldə etməyə cəhd edirdilər. Bədbəxtlikdən belə erkən və zəif münasibətləri onların axırına çıxmasa da, “Müsəlman Qardaşları” artıq xalqın qarşısında öz inam və etibarlarını itiriblər, xalq da bu kiçik fanat qrupuna qarşı yönəlib.

Şübhəsiz ki, bütün bunlar qədim və zəngin tarixə malik Misirin təkrar keçid dövrüdür. Misir dünyada öz stabilliyini və balansını yenidən qurmağı bacaran və öz təkrarolunmaz rolunu həm yerli, həm də beynəlxalq arenada icra edən ən qədim ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR