Şahin Mustafayev: “Bu il Azərbaycanda ümumi daxili məhsul 5,4 faiz artıb”

Şahin Mustafayev: “Bu il Azərbaycanda ümumi daxili məhsul 5,4 faiz artıb”
# 07 oktyabr 2013 17:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetində 2013-cü ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Bu ilin 9 ayında dövlət büdcəsinin gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz, qeyri-neft sektorundan vergi daxilolmalarının 11,3 faiz artıb.

Ölkədə həyata keçirilən layihələr barədə məlumat verən nazir qeyd edib ki, Regional İnkişaf Proqramı çərçivəsində bu ilin ötən dövründə kənd yollarının təmiri, bərpası və yenidən qurulması ilə bağlı ötən il başlanılmış 19 layihənin 11-nin icrası bu il başa çatdırılıb. Hesabat dövründə 162 yaşayış məntəqəsi qazla təmin edilib, 4 elektrik stansiyası istismara verilib. Əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə müvafiq işlərə başlanıb, 16 şəhər və rayon mərkəzinə içməli su verilib.

Nazir hesabat dövründə regionlarda 260 sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsinin fəaliyyətə başladığını, regionlarda sahibkarlıq subyektlərinin sayının və vergi daxilolmalarının artdığını diqqətə çatdırıb. Ş. Mustafayev qeyd edib ki, bu dövrdə 198 məktəb, 35 uşaq bağçası, 19 tibb müəssisəsi, 27 mədəniyyət və 19 gənclər və idman obyekti tikilib və təmir olunub.

Nazir qeyd edib ki, ötən dövrdə əhalinin ərzaqla etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilib. Yaradılmış pilot taxılçılıq təsərrüfatında rekord həcmdə yüksək keyfiyyətli ərzaq buğdası istehsal olunub. Əlavə olaraq 5 iri taxılçılıq təsərrüfatının yaradılması üzrə təbdirlər görülür.

Nazir onu da vurğulayıb ki, ölkəmizdə sahibkarlığın inkişafı diqqətdə saxlanılaraq iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Hazırda dövlət orqanları tərəfindən 426 növ xidmət elektron qaydada göstərilir. “ASAN Xidmət”in fəaliyyətinin genişlənməsi də sahibkarlığın inkişafına töhfə verir: «Maliyyə dəstəyi çərçivəsində 9 ay ərzində 3527 sahibkara 245 milyon manatdan çox güzəştli kredit verilib və bu layihələr hesabına 10200-dək yeni iş yeri yaradılacaq. Kreditlərin 70 faizi regionların, 30 faizi Bakı qəsəbələrinin payına düşüb, 67 faizi aqrar sektora, 33 faizi isə sənaye məhsullarının istehsalı və emalına verilib. İlin sonuna geri qaytarılan kreditlər hesabına sahibkarlara əlavə 30 milyon manatadək kredit verilməsi və bununla da il ərzində verilən məbləğin 275 milyon manata çatdırılması planlaşdırılır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR