Etibar Pirverdiyev: “Gələn ilin əvvəlindən Azərbaycan Türkiyə və Avropaya elektrik enerjisi ixrac etməyə başlayacaq”

Etibar Pirverdiyev: “Gələn ilin əvvəlindən Azərbaycan Türkiyə və Avropaya elektrik enerjisi ixrac etməyə başlayacaq”
# 12 dekabr 2013 08:18 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq mərhələsi 5 il əvvəl prezidentin tapşırığına uyğun olaraq başlanılıb: “Mingəçevir, Samux və Qardabani (Gürcüstan) yarımstansiyaları istiqamətində ötürülən elektrik xətləri artıq hazırdır”.

O qeyd edib ki, dünən Gürcüstanda yeni yarımstansiyanın açılışında iştirak ediblər: “Türkiyə istiqamətində müəyyən işlər qalıb. Bu işlər də yaxın aylarda yekunlaşacaq və Azərbaycan elektrik enerjisi Türkiyəyə, oradan isə Avropa bazarlarına ixrac edilə biləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR