Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 1,2% yüksəlib
# 22 noyabr 2013 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 16 010 bəndədək, S&P 500 0,8% - 1 796 bəndədək, Nasdaq 1,2% - 3 969 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsi əmək bazarı üzrə müsbət statistika fonunda baş verib. Belə ki, işsizlik üzrə ilkin müraciətlərin sayı ötən həftə 21 min azalıb, halbuki proqnozlara görə, cəmi 4 minlik azalma gözlənilirdi.

Avropa fond bazarlarında noyabrın 21-də FTSE 100 indeksi dəyişməyib və 6 681 bənd təşkil edib, Almaniya DAX-ı 0,1% - 9 196 bəndədək, Fransa CAC-40-ı isə 0,3% - 4 254 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 242,60 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3467 dollar (+0,4%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR