Azərbaycan kənd təsərrüfatı sahəsində Türkiyə təcrübəsini öyrənəcək

Azərbaycan kənd təsərrüfatı sahəsində Türkiyə təcrübəsini öyrənəcək
# 04 dekabr 2013 12:43 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin ölkəmizdəki səfiri Alper Coşqun ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyətinin və gələcək istiqamətlərinin müzakirəsi olub.

H.Əsədov Azərbaycan və Türkiyə arasında aqrar sahədə mövcud əlaqələr barədə danışıb, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Nazir aqrar sahədə Türkiyə təcrübəsinə çox önəm verdiyini nəzərə çatdırıb və bu məqsədlə türk iş adamlarını Azərbaycana dəvət edib.

Nazir Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bu sahədə əməkdaşlığa TİKA-nın daha yaxından cəlb olunmasını təklif edib. O, kənd təsərrüfatı sahəsinə dövlət dəstəyi mexanizmlərinin tətbiqi üzrə Türkiyə təcrübəsinin öyrənilməsi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsini, elmi-tədqiqat işlərinin nəticələrinin kənd təsərrüfatı məhsullarının istehsalına tətbiqi və ümumilikdə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat infrastrukturunun təşkili sahəsində əməkdaşlığı, həmçinin fermerlərin təşkilatlanması və kənd təsərrüfatı istehsalçıları birliklərinin yaradılması sahəsində təcrübə mübadiləsinin öyrənilməsini vacib sayıb.

H.Əsədov kənd təsərrüfatı istehsalçılarına kreditlərinin verilməsi sahəsində, kənd təsərrüfatı heyvanlarının müasir tələblərə cavab verən kəsim qaydalarının tətbiqi və heyvan kəsimi üçün mütərəqqi infrastrukturun yaradılması sahəsində təcrübə mübadiləsinin aparılmasını təklif edib.

Səfir A.Coşqun iki ölkə arasında aqrar sahədə əməkdaşlığım daha da inkişafı üçün öz səylərinin əsirgəməyəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR