Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, yağış yağacaq
# 03 avqust 2013 09:36 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Temperatur gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində temperatur 24-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 4-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR