Azərbaycanda cəzaçəkmə müəssisənə narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycanda cəzaçəkmə müəssisənə narkotik keçirilməsinin qarşısı alınıb
# 02 oktyabr 2013 07:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda cəzaçəkmə müəssisənə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisədə cəza çəkən 1984-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 152, 67.1 maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nahid Nizami oğlu Kərimova dayısı oğlu Cəlal Yasin oğlu İsmixanovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman 4 (dörd) ədəd konfet kağızına bükülmüş, ümumi çəkisi 7,1 qram narkotik maddə olan “tiryək” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR