Bakı Ali Neft Məktəbində yeni dərs ilinin başlaması ilə əlaqədar tədbir keçirilib - APA TV

Bakı Ali Neft Məktəbində yeni dərs ilinin başlaması ilə əlaqədar tədbir keçirilib - <span style="color: red;">APA TV
# 16 sentyabr 2013 14:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı Ali Neft Məktəbində yeni dərs ilinin başlaması ilə əlaqədar tədbir keçirilib.


APA-Economics”in xəbərinə görə, tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın Azərbaycandakı səfiri İrfan Siddiq, Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və Fiziki Elmlər Məktəbinin rəhbəri Stiv Makloxlin iştirak ediblər.


Tədbirdə iştirak edən ARDNŞ prezidenti Rövnəq Abdullayev bu ali məktəbə yeni daxil olan tələbələri təbrik edib. O bildirib ki, ARDNŞ təkcə BANM ilə əməkdaşlıq etmir: “Ən yaxşı oxuyan tələbələri gələcəkdə ARDNŞ-da işləmək üçün onları hazırlayırıq. Çalışırıq ki, tələbə təkcə nəzəriyyəni yox, həm də təcrübəni öyrənsin. Bu səbəbdən tələbələri maaşlı işlərə cəlb edirik. Onları ARDNŞ-ın xaricdə olan şirkətlərinə işə cəlb edirik, onlara burada təcrübə keçməyə imkanlar yaradırıq”.


R.Abdullayev deyib ki, ölkədə gənclər üçün bütün şəraitlər yaradılıb: “Bu gün bu gənclərin taleyi öz əllərindədir. Mən inanıram ki, bu gənclər Azərbaycanın gələcəyini təmin edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR