DİN Sumqayıtda törədilən dəhşətli qətllə bağlı məlumat yayıb

DİN Sumqayıtda törədilən dəhşətli qətllə bağlı məlumat yayıb
# 25 oktyabr 2013 10:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də Sumqayıt şəhəri S.Bəhlulzadə küçəsində yaşayan Tehranə Emiyevanın evinə gələn keçmiş əri, əvvəllər məhkum olunmuş Zöhrab Hüseynov qısqanclıq zəminində bıçaqla əvvəlcə Tehranəni, sonra isə onun anası Ədilə Emiyevanı qətlə yetirib.

Z.Hüseynov könüllü olaraq Sumqayıt Şəhər Polis İdarəsinə gələrək təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR