Arif Hacılı: “İlin sonunadək Müsavat Partiyasının gələcək fəaliyyəti ilə bağlı qərarlar qəbul olunacaq”

Arif Hacılı: “İlin sonunadək Müsavat Partiyasının gələcək fəaliyyəti ilə bağlı qərarlar qəbul olunacaq”
# 27 noyabr 2013 16:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Biz hazırda Müsavat Partiyasının gələcək fəaliyyəti ilə bağlı daha məqbul variantları araşdırırıq. İlin sonuna qədər bu istiqamətdə müəyyən qərarlar qəbul olunacaq”.

Bunu Müsavat Partiyasının Milli Şuradan kənar fəaliyyətinin nə dərəcədə mümkün olub-olmadığı yönündə APA-nın sualını cavablandıran Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı söyləyib.

Arif Hacılı Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı məsələdə Müsavat Partiyası ilə Milli Şurada əksəriyyətin mövqeyinin fərqləndiyi, faktiki Müsavat Partiyasının tək qaldığı haqda AXCP sədrinin müavini Fuad Qəhrəmanlının mövqeyi ilə də razılaşmayıb.

O bildirib ki, Milli Şura assosiativ birlikdir və qurumun əsasını təşkil edən partiyalardan biri də Müsavat Partiyasıdır: “Ona görə də mən Müsavat Partiyasının mövqeyi ilə hansısa formal səslərin çox və ya az olması məsələsini eyniləşdirmək istəməzdim. Müsavat Partiyasının mövqeyi cəmiyyətə aydın şəkildə çatdırılıb. Ölkədə real siyasi qüvvələrin birliyinə nail olmaq və konkret hədəfləri müəyyənləşdirərək bu hədəflərə çatmaq üçün fəaliyyət tərəfdarıyıq. Düşünürəm ki, son nəticə də belə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR