Hesablama Palatasının Kollegiya iclası keçirilib

Hesablama Palatasının Kollegiya iclası keçirilib
# 07 may 2014 12:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatasının Kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi” geniş müzakirə edilərək təsdiqlənib və Milli Məclisə təqdim olunması qərara alınıb.


Eyni zamanda Kollegiyada dövlət əsaslı vəsait qoyuluşundan Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə Gədəbəy-Qızıltorpaq-Qonaqlı yolunda Fındıxlı çayı üzərində körpünün yenidən qurulması, Goran-Naftalan avtomobil yolunun əsaslı təmiri və Şəmkir-Gədəbəy avtomobil yolunun 42-ci kilometrində Çolpan çayı üzərində körpünün tikintisinə, dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən Meliorasiya və Su Təsərrüfatı ASC-nin Cənub Muğan kanalı İstismar İdarəsinə və Biləsuvar Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları da təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR