Ukrayna Qafqaz Xalqları Konqresi beynəlxalq təşkilatlara müraciət edib

Ukrayna Qafqaz Xalqları Konqresi beynəlxalq təşkilatlara müraciət edib
# 12 may 2014 18:17 (UTC +04:00)

UQXK-nın sədri Paşa İlisuyskiy (Məmmədovun) APA-ya verdiyi məlumata görə, müraciət Ukrayna Ali radasının sədri, ölkə prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinova, Daxili İşlər Nazirliyinə, o cümlədən ATƏT – in, BMT – nin, ABŞ-ın, Almaniyanın, Böyük Britaniyanın, Fransanın və Rusiyanın Kiyevdəki səfirliklərinə ünvanlanıb.

Müraciətdə son günlər ölkənin şərq vilayətlərində, o cümlədən Odessada baş verən qarşıdurma, insan tələfatı, xüsusilə Donetsk vilayətində nəzarətin tam əldən çıxması pislənilir. Ölkənin ərazi bütövlüyünün real təhlükə qarşısında qalmasından, vətəndaşların həyatı real təhlükə qarşısında qalmasından narahatlıqlarını bildirən Ukrayna qafqazlıları ölkədə yaşayan millətlər olaraq bunu özlərinə qarşı da ciddi təhlükə görürlər: “Bunun üçün də adı çəkilən səfirliklərin təmsil etdiyi ölkələr, beynəlxalq təşkilatlar və Ukrayna hökuməti ölkədə yaşayan xalqların real həyat həyat təhlükəsini nəzərə alaraq təcili dil tapmalıdırlar. Əks halda Ukraynada biz həyatımızı ciddi və real təhlükə qarşısında görürük”.

Qeyd edək ki, Paşa İlisuyskiy (Məmmədov) Ukraynada UQXK rəhbəri seçilməmişdənəvvəl Azərbaycanın Dubayda vitse- konsulu olub. UQXK-da isə Ukraynada yaşayan azərbaycanlıların, gürcülərin, çeçenlərin, avarların, ləzgilərin, kumıkların, osetinlərin, abxazların və Qafqazdan olan yəhudlərin, rusların diaspor təşkilatları cəmləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR