Azərbaycan və İraq təhsil sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və İraq təhsil sahəsində əməkdaşlığı genişləndirir
# 04 dekabr 2013 07:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Hazırda Azərbaycanda 174 nəfər iraqlı tələbə təhsil alır. Bunu bu gün Azərbaycan və İraq hökumətləri arasında ticarət, iqtisadi, texniki, elmi və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyasının Bakıda keçirilən I iclasında Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib.


Onun sözlərinə görə, iraqlı tələbələrin böyük əksəriyyəti Azərbaycanda neft-kimya sahəsində təhsil alır: «Amma məsələ bundadır ki, bu tələbələrin əksəriyyəti öz ölkələrinə döndükdən sonra müəyyən çətinliklərlə üzləşirlər».


Nazir bildirib ki, dünən Azərbaycanın təhsil nazirinin İraq Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə keçirilən görüşdə bununla bağlı fikir mübadiləsi aparılıb: «Əminəm ki, bundan sonra iki ölkənin təhsil sahəsində mövcud olan bəzi məsələlər həllini tapacaq».


C.Bayramov qeyd edib ki, Azərbaycan İraq üçün daha əlavə və başqa sahələr üzrə də mütəxəssislər hazırlaya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR