Masallıda yaşayış evində partlayış olub, bir ailənin üç üzvü ağır yaralanıb - YENİLƏNİB - VİDEO

Masallıda yaşayış evində partlayış olub, bir ailənin üç üzvü ağır yaralanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 26 fevral 2014 18:02 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 26-da saat 17.45 radələrində kənd sakini, 1967-ci il təvəllüdlü Yaşar İslam oğlu Nəsirova məxsus 3 otaqlı fərdi evdə qeydə alınıb.

Məlumata görə, əraziyə təbii qazın verilişində fasilə yarandığı üçün ev sahibləri qaz sobasına odun qoyaraq yandırıblar. Sonradan qaz gələndə güclü partlayış baş verib.

Nəticədə ev sahibinin həyat yoldaşı, 1967-ci il təvəllüdlü Faiqə Məlik qızı Nəsirova və onun iki uşağı, 17 yaşlı İslam, 6 yaşlı Güldərə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar Masallı Mərkəzi Rayon Xəstəxanasının travmatologoya şöbəsinə yerləşdiriliblər. Burada onlara müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq hər üçünün vəziyyəti ağır olduğu üçün Bakıdakı Yanıq Mərkəzinə yola salınıblar.

Partlayış zamanı həmçinin evin bir otağı baş vermiş yanğın nəticəsində içindəki məişət avadanlıqları ilə birlikdə yararsız vəziyyətə düşüb

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR