Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 25 iyun 2014 08:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən “APA-Econmomics”ə verilən məlumata görə, yeni çəkilmiş magistral qaz kəmərinin qaz təchizatı mənbəyinə qoşulması, qaz nəqli sistemində təmir-bərpa və təmir-quraşdırma işləri, eləcə də qaz təchizatı şəbəkəsində təmir işləri ilə əlaqədar bu gün saat 14:00-dək Siyəzən, saat 17:00-dək Ağsu və Qobustan, saat 18:00-dək Quba rayonuna, həmçinin Xətai, Sabunçu, Zaqatala, Ağstafa, Goranboy, Qazax, Şirvan və Göyçay rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR