Suriyada 13 ay əsirlikdə qalan danimarkalı fotojurnalist azad edilib

Suriyada 13 ay əsirlikdə qalan danimarkalı fotojurnalist azad edilib
# 20 iyun 2014 11:56 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Suriyada 13 aydır əsirlikdə saxlanılan danimarkalı müstəqil fotojurnalist azad edilib. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Suriyadakı münaqişəni və sadə vətəndaşların yaşayış şəraitini çəkmək üçün ora gedən 25 yaşlı Daniel Ottosen 2013-cü il 17 mayda əsir götürülüb.

Danimarkanın xarici işlər naziri Ole Eqberq Mikkelsen bildirib ki, fotomüxbirin səhhətində ciddi problem yoxdur. Nazir girovun azad edilməsi qarşılığında hər hansı məbləğin verilməsi barədə heç nə deməyib: “Ümumiyyətlə, mən hökumət nümayəndəsi kimi deyə bilərəm ki, biz heç vaxt cinayətkarlar və adam qaçıranlarla əlaqə saxlamamışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR