Lənkəranda baş verən yol qəzasında 3 nəfər yaralanıb - FOTO - VİDEO

Lənkəranda baş verən yol qəzasında 3 nəfər yaralanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 24 iyun 2014 10:47 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 202-ci kilometrliyində, yolun rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini Zaur Xanməmmədovun idarə etdiyi “BMW-X5” markalı minik avtomobili Lənkəran rayon sakini Saleh Mahmudovun idarə etdiyi “Niva” markalı, 10 BU 351 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyməklə yanaşı, “Niva” markalı avtomobilin sürücüsü Saleh Mahmudov, onun yanında olan həyat yoldaşı Samirə Mahmudova və 24 yaşlı qızı Arzu Mahmudova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlkin müayinədən sonra Samirə Mahmudova stasionar müalicəyə cəlb olunub. Digər iki nəfər isə müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, hadisə baş verən vaxt avtomobildə daha 3 azyaşlı uşaq da olub. Xoşbəxtlikdən onların heç biri xəsarət almayıb. Qəzanın dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR