Bakıda torpağın qiyməti düşüb - ARAŞDIRMA

Bakıda torpağın qiyməti düşüb - <span style="color: red;">ARAŞDIRMA
# 27 iyun 2014 12:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Bu ilin may ayında yaz-yay fəslinin başlaması ilə əlaqədar torpaq bazarında aktivlik artsa da, bazarda ucuz torpaq sahələri üzrə təklifin çoxalması və təklif strukturundakı dəyişikliklərin nəticəsində qiymətdə isə nisbətən azalma müşahidə olunub.

"MBA Consulting Group" şirkətindən “APA-Economics”ə verilən məlumata görə, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən -24,57% azalıb. May ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti - 2,96% azalaraq 19 471 dollar/sot səviyyəsindən 18 894 dollar/sot səviyyəsində qərarlaşıb.

May ayında Bakının əksər rayonları üzrə qiymət azalması müşahidə olunmasına baxmayaraq Abşeron, Qaradağ və Xətai rayonlarında qiymət artımı müşahidə olunub. Qeyd edək ki, aprel ayında Abşeron rayonunda 10,8% sıçrayışlı qiymət azalması qeydə alınmışdı. Qiymət azalması isə əsasən mərkəzi rayon olan Səbail və Nərimanov rayonlarında qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Xəzər və Abşeron rayonları, ən passiv rayon isə Nəsimi və Nərimanov rayonlarıdır.

Ötən ayda torpaq bazarında aktivlik şəhərin IV zonada artıb. Qiymətlərin və torpağa olan tələbin artmasına baxmayaraq, təklif portfelinin həcmində son ayda artım müşahidə olunmayıb.

Təklifin strukturu aktivliyin həcmindən asılı olaraq zonalar üzrə müxtəlif olub. Təklifin həcmi III və IV zonalarda artım, I və II zonalarda isə dəyişiklik müşahidə olunmayıb. Zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişib, mövsümi aylar olduğuna baxmayaraq, əvvəlki aylarda torpaq sahələrində qeyd edilən sıçrayışlı qiymət artımı may ayında stabilləşərək II, III və IV zonalarda qiymətlərdə nisbətən azalma müşahidə edilib.


Zonalar

aprel 2014, $/sot

may 2014, $/sot

orta qiymət dəyişməsi, %

I zona

262060

265373

1.26

II zona

155437

153607

-1.18

III zona

39688

39050

-1.61

IV zona

7105

7021

-1.18

Hesabat ayında qiymətlərin artması nisbətən I zonada, azalması isə II, III və IV zonalar üzrə qeydə alınıb. Qiymətlərin ötən aylara nisbətən azalmasına səbəb ötən aylardakı torpaq sahələrində qeyd edilən sıçrayışlı qiymət artımının stabilləşməsini və təklif portfelində ucuz torpaq sahələrinin payının çoxalmasını göstərmək olar.

Torpaq bazarında az sayda artan təklif və aktivlik, mövsümü ayın olması ilə yanaşı həm də, qiymətin nisbətən azalması ilə bağlı olub. Ekspozisiya müddətinin azalması isə əvvəldən də gözlənilən idi.

Ay ərzində torpaq bazarına təklif olunan ümumi 803 ədəd torpaq sahəsinin 86,3%-i boş sahə, qalanı isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Yeni tikililərin salındığı torpaq sahələrinin 26,7%-i köhnə yararsız evlərin sökülməsi, 6%-i keçmiş sənaye və məişət obyektlərinin yerləşdiyi torpaqlarda, qalan hissəsi isə yeni torpaqların alınması hesabına aparılıb. Təklif portfelində torpaq sahələrinin orta sahəsi 22,74% artaraq 29,8 sot/sahə təşkil edib.

Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin artması, şəhərin III və IV zonalarında müşahidə edilib. Bazarda təklifin stabil qalması, satışın həcminin artımı və boş torpaq sahələrinin azalması ilə bağlı olub. May ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlər yuxarıda qeyd edildiyi kimi azalma ilə yadda qalıb. Qiymət indeksi ay ərzində - 2,96% azalaraq 9,46 səviyyəsində qərarlaşıb. 1 sot torpağın orta qiyməti də uyğun olaraq artaraq 18 894 dollar/sota çatıb.

Tələb müxtəlif templə də olsa, əksər rayonlarda artım ilə seçilib və nəticədə fərdi tikintinin artması bazarda təklifin sayına da öz təsirini göstərib. Ümumən təklifin qıtlığı şəhərin mərkəzi ərazisində davam edir. Bu vəziyyət isə şəhərin mərkəzində boş torpaq sahələrinin azalması və söküntü işlərinin həcminin artması ilə izah olunur. Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Binəqədi rayonunda, 9-cu mikrorayon adlanan ərazidə (110 000 $/sot), ən ucuz torpaq sahəsi isə Qaradağ rayonunda, Pirəküşkül adlanan qəsəbədə (500$/sot) qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR