“DəmirBank” xaricdən iri kredit cəlb edir

“DəmirBank” xaricdən iri kredit cəlb edir
# 03 iyun 2014 09:12 (UTC +04:00)

Bakı – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “DəmirBank”a 5 mln. dollar məbləğində kredit ayıracaq.

APA-Economics”in AYİB-in rəsmi saytında yer alan məlumata istinadən verdiyi xəbərə görə, vəsait enerji effektivliyi sahəsində layihələrin maliyyələşdirilməsinə yönələcək.

Məlumatda qeyd olunur ki, AYİB Direktorlar Şurası bu il iyunun 25-də vəsaitin ayrılmasını təsdiqləyəcəyi gözlənilir.

Bildirilir ki, layihə “DəmirBank”ın müştəri bazasını möhkəmləndirməyə kömək edəcək və yerli bazarda müştərilərə yeni məhsulların və orta və uzunmüddətli maliyyələşdirmə təkliflərinin təqdim edilməsi yolu ilə uğurlu rəqabəti davam etdirməyə imkan verəcək.

Qeyd edək ki, kredit AYİB-in 2007-ci ilin iyulundan start götürən Qafqaz regionunda enerji səmərəliliyi üzrə “Caucasus Energy Efficiency Program” (CEEP) proqramının bir hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR