Deputat İsmayıllıda seçiciləri ilə görüşüb - FOTO

Deputat İsmayıllıda seçiciləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 25 aprel 2014 08:15 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin (MM) deputatı Novruz Aslanov aprelin 23-də İsmayıllı rayonunun Xankəndi kəndində seçicilərini qəbul edib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, görüş kənd orta məktəbinin binasında keçirilib. Deputatla görüşə gələn sakinlər onlara göstərilən diqqətə görə millət vəkilinə öz təşəkkürlərini bildiriblər.

Kənd sakinlərinin qaldırdığı məsələ əsasən kəndin yol problemi və yeni məktəb binasının tikintisi ilə bağlı olub. Sakinlər bu problemlərin həllinə köməklik göstərilməsini millət vəkilindən xahiş ediblər. Bu barədə millət vəkili müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR