Akademik Milli Dram Teatrı Adanada “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasını təqdim edib

Akademik Milli Dram Teatrı Adanada “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasını təqdim edib
# 02 may 2014 16:49 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Akademik Milli Dram Teatrı Adanada keçirilən Sabançı Uluslararası Teatr Festivalında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanan tamaşanı təqdim edib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hacı Ömər Sabancı Kültür Mərkəzi Adana Dövlət Teatrının səhnəsində nümayiş olunan səhnə əsəri tamaşaçılar, eləcə də mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Sabançı Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu teatr festivallarındandır. Bu il Adana Dövlət Teatrı fəaliyyətinin 31-ci, Sabançı Uluslararası Adana Teatr Festivalı isə 15-ci ildönümünü qeyd edir.

Hər il festivalda dünyanın müxtəlif ölkələrindən nüfuzlu teatr kollektivləri iştirak edir. Bu il festivalın proqramına İstanbul Dövlət Teatrının “Səhra fırtınaları” və “Hamlet”, Kocaeli Böyükşehir Bələdiyyəsi Şəhər Teatrının “Qəfəsdən bir quş uçdu” və “İstanbul əfəndisi”, İspaniya Yllana Teatrının “Muu”, Ankara Ekin Teatrının “Üçüncü zəng” və s. tamaşaları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR