Gəncə Filarmoniyasında ilk dəfə "Cücələrim" Uşaq Festivalı təqdim ediləcək

Gəncə Filarmoniyasında ilk dəfə "Cücələrim" Uşaq Festivalı təqdim ediləcək
# 29 may 2024 15:01 (UTC +04:00)

30, 31 may və 1 iyun tarixlərində Azərbaycanda ilk dəfə olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Gəncə torpağının yetirməsi, əbədiyaşar Qəmbər Hüseynli adına I "Cücələrim" Uşaq Festivalını təqdim edəcək.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, festivalın əsas məqsədi uşaqların musiqi dünyasının zənginləşdirilməsi, uşaq mahnılarını təbliğ etməkdir.

Festival çərçivəsində uşaq mahnılarından ibarət konsert proqramları, uşaq xorlarının çıxışı, əl işlərindən ibarət sərgi baş tutacaq.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncə şəhərində uşaqların musiqi paradı keçiriləcək.

Ləman Cəfərli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR