Səməd Seyidov AŞPA qış sessiyasının iştirakçılarına müraciət edib

Səməd Seyidov AŞPA qış sessiyasının iştirakçılarına müraciət edib
# 27 yanvar 2014 18:02 (UTC +04:00)

APA-nın Strasburqa ezam olunmuş müxbiri xəbər verir ki, öz çıxışında S.Seyidov bildirib ki, bu gün çoxları Azərbaycanı və onun yürütdüyü siyasəti tənqid edirlər: “Təbii ki, bu və ya digər məsələ ilə bağlı müxtəlif fikirlər ola bilər. Amma bu insanlara televiziyanı izləməyə və qəzetləri oxumağa tövsiyə edirəm. Azərbaycanda cəbhə xəttində uşaqlar və qocalar həlak olur. Niyə bu məsələ müzakirə olunmur?”.

S.Seyidov qeyd edib ki, son 10 il ərzində Azərbaycan öz iqtisadi gücünü xeyli artırıb, ölkədə təhsilin, mədəniyyətin səviyyəsi yüksəlib. O vurğulayıb ki, buna görə, bu gün Avropa Şurası Azərbaycanla əməkdaşlıq etməyə, dost olmağa can atır: “Bütün bunların hamısı Azərbaycan hakimiyyətin effektiv siyasətin nəticəsidir. Azərbaycanın AŞ-da üzvlüyü hər iki tərəf üçün faydalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR