“Penitensiar Xidmətə qulluğa qəbul üzrə müsabiqə komissiyası”nın iclası keçirilib

“Penitensiar Xidmətə qulluğa qəbul üzrə müsabiqə komissiyası”nın iclası keçirilib
# 24 yanvar 2014 14:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vakant ştat vahidlərinin kadrlarla komplektləşdirilməsi davam etdirilir. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin müxtəlif qurumlarının və ictimai birlik nümayəndələrinin daxil olduğu “Penitensiar Xidmətə qulluğa qəbul üzrə müsabiqə komissiyası”nın iclası keçirilib. Növbəti müsabiqə komissiyasında 11 nəfər namizədin ədliyyə orqanlarında qulluğa qəbul olunması məsələsinə baxılıb. Müsabiqədə iştirak edən namizədlərdən bilik və hazırlıq səviyyəsinə, peşə hazırlığına görə seçilən 6 vətəndaşın qulluğa qəbul olunması barədə Ədliyyə Nazirliyinin rəhbərliyi qarşısında vəsatət qaldırılacaq. Müsabiqənin sonunda Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev xidmətdə qulluğa qəbul olunmaq arzusunda olanlara öz tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR