“Neftçi” Moskva “Spartak”ının sabiq futbolçusu ilə müqavilə bağlayıb

“Neftçi” Moskva “Spartak”ının sabiq futbolçusu ilə müqavilə bağlayıb
# 23 yanvar 2014 14:59 (UTC +04:00)

Bakı – APA. Mövsümün ikinci yarısına hazırlığı Türkiyənin Antalya şəhərində davam etdirən “Neftçi” heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan Samir Məsimovla 5 illik müqavilə bağlayıb.

2010/11 mövsümünü Moskva “Spartak”ının heyətində keçirmiş hücumçu 19 yaşadək yığmamızın da üzvüdür. 18 yaşlı futbolçu U-19-un heyətində 3 oyun keçirib.

Qeyd edək ki, “Neftçi”nin qış fasiləsində ilk transferi olan Samir Məsimov komandasının Albaniyanın “Partizani” klubu üzərindəki qələbəsində (2:0) bir qol vurmaqla töhfə vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR