Moskvanın Biryulevo rayonundakı iğtişaşlarla bağlı başlanmış iş üzrə iki nəfər həbs olunub

Moskvanın Biryulevo rayonundakı iğtişaşlarla bağlı başlanmış iş üzrə iki nəfər həbs olunub
# 17 oktyabr 2013 22:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “RBK”ya Tver rayon məhkəməsindən bildiriblər.

Qeyd edək ki, oktyabrın 15-də “biryulevo işi” üzrə xuliqanlıq ittihamı ilə Artyom Novikov həbs edilmişdi.

Xatırladaq ki, Moskva sakini Yevqeni Şerbakovun oktyabrın 13-də qətli Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub. Yerli sakinlər miqranların çalışdıqları “Biryuza” ticarət mərkəzi və “Pokrovskoye” meyvə-tərəvəz bazasına hücum edərək iğtişaşlar törədib. Rusiya DİN-in məlumatına görə, iğtişaşların 400-dək iştirakçısı saxlanılıb, polislə toqquşmalarda 5 OMON əməkdaşı xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR