Azərbaycanda qanunsuz ovçuluqla məşğul olan şəxslər saxlanılıb

Azərbaycanda qanunsuz ovçuluqla məşğul olan şəxslər saxlanılıb
# 28 yanvar 2014 10:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi respublikada qanunsuz ovçuluqla məşğul olan şəxsləri saxlayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayonunun ərazisində rayon sakinləri Yuriy Cvaladan və Azər Həşimovdan qanunsuz əldə etdiyi 50 kiloqram balıq, qanunsuz ovlanmış 4 ədəd çöl quşu, sonuncuya məxsus “Tula” markalı ov tüfəngi, 21 patron, 1 qayıq, 2 akkumulyator və kustar üsulla hazırlanmış elektrik gücləndiricisi götürülüb, barələrində protokol tərtib edilərək İmişli Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Bundan başqa, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şabran rayonunun ərazisində Siyəzən rayon sakinləri Ruslan Qasımovdan “İJ-18” markalı ov tüfəngi, 3 ədəd patron, Fərəc Hacıyevdən qanunsuz əldə etdiyi 25 kiloqram balıq götürülüb, habelə Qəmbər Zeynalov qanunsuz əldə etdiyi 5 kiloqram balığı satarkən saxlanılıb və barələrində protokol tərtib edilərək Şabran Rayon Polis Şöbəsinə təhvil veriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR