Dow Jones indeksi 0,3% enib, S&P 500 0,3%, Nasdaq 0,7% yüksəlib

 Dow Jones indeksi 0,3% enib, S&P 500 0,3%, Nasdaq 0,7% yüksəlib
# 22 yanvar 2014 06:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 16 416 bəndədək enib, S&P 500 0,3% - 1 844 bəndədək, Nasdaq 0,7% - 4 226 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına Beynəlxalq Valyuta Fondunun 2013-2014-cü illər üçün dünyada iqtisadi artım üzrə göstəricilərini yeniləməsi təsir edib. Belə ki, BVF-nin hesablamalarına görə, 2013-cü ildə iqtisadi artım 3% olub, 2014-cü il üçün proqnoz isə 3,7% səviyyəsindədir. Qeyd edək ki, BVF-nin sonuncu, oktyabrda dərc edilən hesabatında bu göstəricilər müvafiq olaraq 2,9% və 3,6% olub.

Avropa fond bazarlarında yanvarın 21-də FTSE 100 indeksi 0,04% - 6 834 bəndədək enib, Almaniya DAX-ı 0,2% - 9 730 bəndədək, Fransa CAC-40-ı isə 0,02% - 4 324 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 240,10 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3558 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR