Kollecin direktor müavini barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Kollecin direktor müavini barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib
# 10 fevral 2014 15:02 (UTC +04:00)

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ələmdar Əliyevin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılan istintaqla Ə.Əliyevin aldatma yolu ilə Ağcabədi rayon sakinlərindən onları və ya övladlarını kollecə qəbul etdirəcəyi adı altında illik təhsil haqqı, imtahanlar və diplom üçün ümumilikdə 7 min 500 manat məbləğində vəsaiti ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR