Ötən il Bakıda 25 min avtomobil icazəsiz yerdə parklanıb

Ötən il Bakıda 25 min avtomobil icazəsiz yerdə parklanıb
# 24 fevral 2014 12:12 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildiriblər.

Məlumata görə, Bakı şəhərinin mərkəzi küçə və prospektlərinə yaxın ərazilərdə istifadəyə verilmiş yeni parklanma məntəqələrinin qanunsuz parklanmaya müsbət təsiri qeydə alınsa da, problem hələ də mövcuddur.

Belə ki, 2013-cü ildə paytaxtın mərkəzi hissəsində, xüsusilə Bülbül prospektində 8 000 (2012-ci ildə 3 050 ədəd), R.Behbudov küçəsində 2 700 (1 360 ədəd), 28 May küçəsində 5 200 (1 493 ədəd), Ü.Hacıbəyov küçəsində 1 450 (753 ədəd), Azadlıq prospektində 1 150 (585 ədəd) ədəd qanunsuz parklanan nəqliyyat vasitəsi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR